Yurgen Kloppdan şok qərar: “Liverpul”dan gedir
“Liverpul”un baş məşqçisi Yurgen Klopp klubdan ayrılmaq istəyir.
Fanat.Az xarici KİV-ə istinadən xəbər verir ki, alman mütəxəssis İngiltərə klubunda missiyasını tamamladığını hesab edir. 53 yaşlı məşqçinin yeni təklifləri dəyərləndirməyə hazır olduğu bildirilir.
Artıq “Liverpul”un baş məşqçi postina namizədləri də müəyyənləşdirdiyi iddia olunur. Məlumata görə, Kloppun yerinə əsas namizədlə “Tottenhem”in sabiq baş məşqçisi Mauritsio Poçettino və hazırda “Lids”ə başçılıq edən Marselo Byelsadı.
Qeyd edək ki, Klopp 2015-ci ildən “Liverpul”a başçılıq edir. Komanda alman mütəxəssisin rəhbərliyi altında İngiltərə Premyer Liqasının (2019/20), Çempionlar Liqasının (2018/19), UEFA Super Kubokunun (2019) və klublararası dünya çempionatının (2019) qalibi olub, Çempionlar Liqası (2017/18) və Avropa Liqasında (2015/16) final oynayıb. O, əvvəllər Almaniyanın “Maynt 05” və “Borussiya” klublarını çalışdırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək