Yüksək inflyasiya manatın alıcılıq qabiliyyətini sürətlə aşağı düşürür - Ekspert
“2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda ÜDM (Ümum daxili məhsul) 7,2 faiz artıb – ilk baxışdan çox yaxşı göstəricidir. Səbəblərini araşdıranda görürsən ki, yenə əlahəzrət neft-qaza görə belə bir artım baş verib. Neftin, qazın qiyməti dünyada kəskin bahalaşıb deyə, ölkəmizin makroiqtisadi göstəriciləri də yaxşılaşıb”.
Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspert qeyd edib ki, dünyada iqtisadiyyatla məşğul olan alimlərin bir çoxu tək ÜDM artımını ciddi makroiqtisadi göstərici kimi qəbul etmirlər, əsas məsələ ölkənin yaratdığı əlavə dəyərin adil bölüşdürülməsidir. Yəni, ÜDM artımı ölkədə vətəndaşların sosial vəziyyətinə müsbət təsir etməlidir, əgər etmirsə, deməli iqtisadi və idarəetmə sistemində ciddi problemlər var.
Natiq Cəfərli bildirib ki, bu ilin əvvəlinə olan rəsmi məlumatlara görə orta aylıq maaş Azərbaycanda 475 dollar, Gürcüstanda 488 dollar, Ermənistanda isə 521 dollar təşkil edib. Bu ilin mart ayının sonuna rəsmi inflyasiya isə Azərbaycanda 12,2 faiz, Gürcüstanda 11,faiz, Ermənistanda isə 7,4 faiz olub – bizdə həm orta aylıq maaş azdır, həm də inflyasiya yüksəkdir. Bu isə o deməkdir ki, yüksək inflyasiya manatın alıcılıq qabiliyyətini sürətlə aşağı düşürür:
“Yəni, ÜDM-in artım tempinin ölkə vətəndaşına pozitiv təsiri minimumdur, bunun səbəbi isə iqtisadiyyatda deyil, səbəb qeyri-effektiv idarəetmə sistemində, sosial siyasətin düzgün dizayn edilməməsindədir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərə əlavə maaş: Sertifikatlaşdırmada yeni mərhələ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə