06.06.2019 - 11:28
“YouTube” bu növ videoların yüklənməsinə qadağa qoydu
Texno 15 baxış

“YouTube” yeni qadağa tətbiq etdi

“YouTube” bu növ videoların yüklənməsinə qadağa qoydu“YouTube” videohostinqi öz meydançasında şovinist xarakterli materiallarla mübarizəni gücləndirdiyini elan edib.

Oxu.Az-ın xəbərinə əsasən, bu barədə servisin bloqunda məlumat yerləşdirilib.

“YouTube” qeyd edir ki, şirkət hələ 2017-ci ildə hər hansı qrupun üstünlüyünü göstərən roliklər üçün sərt tələblər yeridib. Nəticədə bu cür videoların izləmə sayı ortalama olaraq 80% azalıb.

“Bu gün biz yaş, cins, irq, kasta, din, seksual orientasiya, yaxud veteran statusuna əsaslanaraq hər hansı bir qrupun üstünlüyünü nəzərdə tutan videolara qadağa qoymaqla yeni addım atırıq”, – deyə şirkətdə bildirilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: