"Youtube" Donald Trampın hesabının bloklanmasını uzatdı
“YouTube” videohostinqi ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabında videoların yerləşdirilməsi qadağasını qeyri-müəyyən müddətə uzadıb.
“Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti bildirib.
Məhdudiyyətlər həmçinin Trampın şəxsi vəkili Rudolf Culianın hesabına da aiddir.
Qeyd edək ki, “YouTube” yanvarın 13-də Donald Trampın rəsmi hesabından yeni video yükləmək imkanını dayandırıb və keçmiş prezidentin son videosunu silib. Hostinq buna Trampın yerləşdirdiyi videomaterialların “zorakılığı alovlandırmasını” səbəb göstərib. Nəticədə qadağa daha bir həftə müddətinə uzadılıb.
Bundan əvvəl – yanvarın 8-də isə tvitter Trampın hesabını silib. Onun səhifələrini habelə feysbuk, instaqram, snapçat və tvitç sosial şəbəkələri də bloklayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyalı boksçu başından aldığı zərbəyə görə öldü — VİDEO
Qazaxıstanda internet bərpa olundu
Suriyada İŞİD sıralarına qoşulan 2 min MDB vətəndaşı saxlanılıb
ABŞ dövlət katibi Əbu-Dabinin vəliəhd şahzadəsindən üzr istəyib
`Evinə gedə bilməyən həkimin oğlunun ağladığı görüntülər rekord qırdı
Türkiyədə azərbaycanlı pulla dolu bağlamanı zibilliyə atdı
Bu, ABŞ-ı dünya hegemonluğundan məhrum edəcək - SENSASİON İDDİA