“YouTube” bu növ videoların yüklənməsinə qadağa qoydu
“Meydan oxuma” (Challenge) videoları maraqlı görünsə də eyni zamanda təhlükəli olurlar. Məsələn, keçən il “Tide Pod Challenge” adlı fləşmob çərçivəsində gənclər paltaryuma vasitəsi kapsullarını yeyirdilər.
Minval.info” Technote-yə istinadən xəbər verir ki, 2019-cu ilin əvvəlində isə son zamanlar məşhurlaşmış Bird Box filmi üzrə challenge videoları yayılmağa başlayıb. Bu isə öz növbəsində insanların həyatlarının təhlükə altına atılmasına gətirib çıxarıb.
Belə ki, ABŞ-ın Yuta ştatında 17 yaşlı qız bu fləşmob çərçivəsində gözləri bağlı şəkildə avtomobil sükanı arxasına oturdu və avtomobili idarə etməyə başlayıb. Nəticədə qızın idarə etdiyi avtomobil qarşıdan gələn avtomobillərin xəttinə çıxaraq bir avtomobillə toqquşub və sonra yoldakı dirəyə dəyib.
“YouTube” administrasiyası isə bu cür aksiyaları dəstəkləmir və öz videoservisində bu cür təhlükəli kontentlərin yayılmasına qadağa qoyub. Beləliklə, videoservisin yenilənmiş qaydalarına əsasən videoservisin istifadəçiləri özlərinin və ya digərlərinin həyatlarını təhlükə altına atacaq ciddi tapşırıqların yerinə yetirlməsi videolarını videoservisə yükləyə bilməyəcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq