06.08.2018 - 13:42
Ölkə
16 baxış
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
DİN Baş DYP İdarəsi sürücülərə və nəqliyyat vasitəsi sahiblərinə müraciət edib.Minval.info xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində, eləcə də texniki nasazlıq səbəbindən avtomobillərdə baş vermiş yanğınlarla bağlı aparılmış təhlillər göstərir ki, hadisələrin ağır fəsadlarının qarşısının alınması üçün həmin anda bu avtomobillərdə odsöndürənlər ya olmayıb, ya da odsödürənlərin yararlılıq müddəti bitdiyindən yanğın vaxtında söndürməyib ki, bu da avtomobildə sıxılıb qalmış insanların həlak olmalarına, ağır xəsarətlər almalarına, ən yaxşı halda isə ayrı-ayrı şəxslərin əmlaklarının tamamilə məhv olması və onlara küllü miqdarda maddi zərər dəyməsi ilə nəticələnib.
Qeyd olunanları, habelə avtobuslarda, minik və yük daşıyan avtomobillərdə, təkərli traktorlarda dərman qutusunun, odsöndürənin, qəza dayanma nişanının olmamasına görə mövcud qanunvericiliklə sürücülərin inzibati məsuliyyət daşımaları nəzərə alınaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərdən və avtomobil sahiblərindən xahiş edir ki, istifadələrində olan nəqliyyat vasitələrində tələb edilən ləvazimatların saz vəziyyətdə olmasını təmin etsinlər.
Odsödürənlərin yararlılıq müddətini daima nəzarətdə saxlasınlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
12.09.2026 - 23:07
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
12.09.2026 - 21:57
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?
12.09.2026 - 21:36
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
12.09.2026 - 21:15
Azərbaycanda nadir hamiləlik: Döl qaraciyərdə inkişaf edir
12.09.2026 - 20:40
BMT rəsmisi: Qarabağda bərpa işləri təqdirəlayiqdir
12.09.2026 - 19:30
Rüstəm Behrudi: "Sən böyük şairsən!" dedilər
12.09.2026 - 19:02
Sabiq nazir Vaqif Novruzov 86 yaşında vəfat etdi
12.09.2026 - 18:48