Yerin fırlanması dayanırmı? – Qlobal istiləşmənin gözlənilməz təsiri
Alimlər Yerin öz oxu ətrafında fırlanmasının son 3,6 milyon ildə ən yavaş sürətlə ləngidiyini bildirirlər. Bu fenomen qlobal istiləşmə və buzlaqların əriməsi ilə əlaqələndirilir.
Minval.info xəbər verir ki, “Journal of Geophysical Research: Solid Earth” jurnalında dərc olunan araşdırmaya görə, tədqiqatçılar qədim dəniz canlılarının fosilləşmiş qabıqlarını analiz edərək sutkanın uzunluğundakı dəyişiklikləri bərpa ediblər.
Bu tədqiqat nəticəsində məlum olub ki, Yerin fırlanması yalnız bir dəfə, təxminən 2 milyon il əvvəl, 2000–2020-ci illərdəki tempə yaxın sürətlə ləngiyib. Hazırkı sürətli ləngimə isə əsasən qlobal istiləşmə və buzlaqların əriməsi ilə izah edilir.
Qrenlandiya, Antarktida və dağlıq ərazilərdəki buzların əriməsi nəticəsində böyük miqdarda su okeanlara axır. Su qütblərdən ekvatora doğru yayıldıqca Yerin kütləsi yenidən paylanır və planetin fırlanması bir qədər zəifləyir.
2000–2020-ci illərdə iqlim dəyişikliyinin təsiri ilə sutkanın uzunluğu hər əsrdə təxminən 1,33 millisaniyə artıb. Əgər istixana qazlarının emissiyası bu səviyyədə davam edərsə, 2080-ci ilə qədər bu təsir Ayın təsirini belə üstələyə bilər və sutkanın uzunluğundakı artım hər əsrdə 2,62 millisaniyəyə çata bilər.
Alimlər qeyd edirlər ki, bu dəyişiklik insanların gündəlik həyatına və sağlamlığına təsir edəcək qədər böyük deyil. Lakin GPS, peyk naviqasiyası və kosmik texnologiyalar kimi yüksək dəqiqlik tələb edən sistemlər üçün millisaniyəlik fərqlər əhəmiyyət daşıya bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı