Yenicə evlənən Ramil arvadı ilə çempionata hazırlaşır
Türkiyəli millisinin üvzü, həmyerlimiz Ramil Quliyev ötən günlərdə həmkarı, atlet Yekatrina Zaviyalova ilə ailə həyatı qurmuşdu.
Axşam.az xəbər verir ki, cütlük evlilik sonrası açıqlamalarında dünya çempionatına hazırlaşdıqlarını bildirib.
Hazırda Moskvada olan Ramil və Yekatrina hədəflərinin 2019-cu il Dünya Atletizm Çempionatı olduqlarını deyib.
Ramil Quliyev evlilikdən sonra verdiyi açıqlamalarla diqqət çəkib:
“Evlilik qərarım çox doğru idi. Həyat yoldaşımın idmançı olmağına sevinirəm. Bu, hər ikimiz üçün avantajdır. Çox sıx rejimdəyik. Bu dövrdə bir-birimizi anlamağımız önəmlidir. Moskvadan qayıdandan sonra çempionata hazırlaşmağa davam edəcəm. 2017-ci il dünya çempionluğundan sonra gözlər üzərimizdədir. Türk xalqını sevindirmək istəyirəm”.
Qeyd edək ki, cütlüyün nikah şahidləri türkiyəli atletlər Batuhan Eruyqun və İzzət Səfər olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi



