Yeni sanksiyalar nefti niyə bahalaşdırmadı? - 4 səbəb
Qərbin Rusiyaya qarşı sanksiyalarını genişləndirməsinə rəğmən neftin dünya bazar qiymətində son günlər azalma müşahidə edilir. “Qara qızıl” yenə də dünya bazarında müqayisəli yüksək qiymətə təklif olunmasına baxmayaraq sanksiyalar gözlənilən kəskin qiymət artımlarına səbəb olmadı.
“Ölkə.Az” xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov neftin qiymətindəki azalmaların səbəbini şərh edib. O bildirib ki, əvvəlla, ABŞ Rusiya neftindən imtina etsədə də, Avropa Birliyi bu məsələdə mühafizəkar mövqe nümayiş etdirir. Avropa Rusiya enerji məhsullarından imtina üçün qısa zamanda alternativ mənbələr tapmaqda çətinlik çəkir. Hətta ilkin qiymətləndirmələr göstərir ki, Avropa Birliyində Almaniya Rusiyanın enerji məhsullarından imtina edərsə, bu, həmin ölkədə bir sıra sənaye müəssisələrinin dayanması və ya fəaliyyətlərini məhdudlaşdırması səbəbindən 2,5 milyon nəfər işsizlik yarada bilər:
“İkincisi, ABŞ və eləcə də, OPEC bazara daha çox neft çıxarmağı hədəfləyir. Beynəlxalq Enerji Akademiyası hətta yaxın zamanlarda bazarda yenidən neft artıqlığının olacağını proqnozlaşdırır. Bu isə neftin qiymətinə həm iqtisadi, həm psixoloji təsir göstərir.
Üçüncüsü, enerji bazarında fyuçers müqavilələri bağlandığı üçün neftdən imtina həmin an bazarda boşluq yaratmır. Bu qərarların qəbul olunduğu zaman bazara ilk növbədə psixoloji təsir göstərir.
Dördüncüsü, sanksiyaların icrasına nəzarət mexanizmi hələ də formalaşmayıb. Əslində bu, sanksiyaların tətbiqi ilə bağlı hər zaman müzakirə edilən məsələlərdən olub”.
ƏLAQƏLİ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
“Neftin qiymətinin hələ də müqayisəli yüksək olmasına baxmayaraq son qiymət azalmaları bir daha təsdiq edir ki, birjalarda hər zaman dalğalanmalar müşahidə edilə bilər. Bu, qeyri-neft sektorunun inkişafının əhəmiyyətini artırmaqla yanaşı, neftdən asılılığın azaldılmasının prioritetliyini gücləndirməkdədir”, – deyə millət vəkili əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərə əlavə maaş: Sertifikatlaşdırmada yeni mərhələ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə