Bakıda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı atəşfəşanlıq təşkil olunacaq.

Minval.info bildirir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Ayaz İmaməliyev deyib.

“Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dekabrın 31-də Dənizkənarı Milli Parkda möhtəşəm bayram atəşfəşanlığı təşkil ediləcək”, – deyə o söyləyib.