12.03.2026 - 17:37
Maqazin
181 baxış
Renka “Cənnətdən qovulmuş mələk” oldu - FOTOLAR
Minval.info xəbər verir ki, sənətçi bu dəfə fəlsəfi məzmunlu “Cənnətdən qovulmuş mələk” adlı layihəsini təqdim edib.
Ekran işində həyatın fərqli yönlərinə toxunan Renka “mələk” obrazında tamaşaçı qarşısına çıxır. Tarixi məkanda lentə alınan çəkilişlərdə rəqqasə iri qanadları ilə diqqət çəkir.
Onun üçün çəkisi 8 kiloqram olan xüsusi libas hazırlanıb. “Cəsur” üslubda olan dəri geyimlə sənətçi bu dünyadan olmayan obrazı canlandırmağa çalışıb. Layihə sosial mesajı ilə də seçilir.
Ekran işinin rejissoru Rafiq Rüstəmov, musiqisi isə Fərid Ağaya məxsusdur. Layihənin ssenari müəllifi jurnalist Elton Hacıyevin direktorluğu ilə ərsəyə gəlib.
E.Hacıyev mətbuata açıqlamasında layihənin ideyasından da danışıb:
“Ümid edirəm və ən əsası, inanıram ki, yeni layihəmiz Renka sevənlər tərəfindən maraqla qarşılanacaq. Cənnətdən qovulmuş mələk – qanadları qırılmış ümidlərin səssiz hekayəsidir. Mələklər ən çox sevməyi bacaran, amma ən çox yaralananlardır. Əlbəttə, bu addımla nə qədər böyük məsuliyyət daşıdığımın da fərqindəyəm”.
Çətin hava şəraitində günlərlə davam edən çəkilişlər üçün Renkanın geyimi modelyer Şəlalə Maqsudova tərəfindən hazırlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
20.10.2026 - 10:14
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
25.09.2026 - 12:37
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
19.09.2026 - 14:02
Mədət Quliyev oğluyla toyda görüntüləndi
19.09.2026 - 11:55
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
19.09.2026 - 10:31
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
19.09.2026 - 10:03
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
19.09.2026 - 09:49
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
19.09.2026 - 09:35





