14.11.2025 - 17:44
CƏMİYYƏT
231 baxış
Xəstə uşağın adı ilə pul yığan şəxsi polis saxladı, 10 min manat ailəyə verildi
Bakı şəhəri, Xəzər rayon sakini Mirvari Turabovanın səhhətində problem olan övladının görüntülərini ondan xəbərsiz paylaşaraq ianə toplayan şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanıldıqdan sonra toplanmış vəsait ailəyə verilib.
Minval.info oxu.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin azyaşlının görüntülərindən istifadə etməklə topladığı 10 min manat uşağın ailəsinə təqdim edilib.
Qeyd edək ki, əməli törətməkdə şübhəli bilinən, 2002-ci il təvəllüdlü Feyruz Qəhrəmanovun yaratdığı sosial şəbəkə səhifəsində yerləşdirdiyi bank hesabına müxtəlif şəxslər tərəfindən 10 min manata yaxın ianə köçürülmüşdü.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
11.10.2026 - 16:54
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
11.10.2026 - 11:54
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
07.10.2026 - 15:33
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
06.10.2026 - 12:22
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
05.10.2026 - 15:31
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur
05.10.2026 - 14:21
Kəlbəcərdə 33 ildən sonra pedaqoji fəaliyyətə qayıdan müəllim
05.10.2026 - 13:32