03.04.2026 - 11:51
Maqazin
178 baxış
Murad Arif və Orxan Zeynallıdan “Üzr” - VİDEO
Minval.info xəbər verir ki, “mini-film”də baş rolu Azərbaycanın Xalq artisti Səidə Quliyeva ifa edir.
Aktrisanın iştirakı layihənin dramatik gərginliyini və emosional miqyasını daha da gücləndirir.
Klipin rejissoru Delee, ssenari müəllifi isə Murad Arifdir.
Layihə haqqında danışan Murad Arif bildirib:
“Bu günün insanı sonsuz bir xaosun içində yaşayır- işlər, görüşlər və öhdəliklər arasında ən vacib olanı tez-tez ertələyir: bizi qeyd-şərtsiz sevənlərə diqqət ayıra bilmirik. Düşünürük ki, sabah zəng edərik…
Bu klip hər gün oğlundan zəng gözləyən bir ana haqqında sakit, amma sarsıdıcı hekayədir. Paralel olaraq bir faciə təsvir olunur: Hekayənin digər iki qəhrəmanı – polis və cinayətkarın taleləri silahlı insidentdə kəsişir və hər ikisi həyatını itirir. Səidə xanımın qəhrəmanlardan hansının anası olduğunu açıqlamıram. Çünki bu, vacib deyil. Övladlarımız kim olursa-olsun, valideynlər eyni şəkildə gözləyir, eyni şəkildə sevir və itkiləri eyni ağrı ilə yaşayırlar…”
Üç dəqiqəlik klip güclü aktyor oyunu və təsirli rejissor işi ilə dramatik film təsiri bağışlayır.
Orxan Zeynallı ilə əməkdaşlıq çərçivəsində ərsəyə gələn “Üzr” layihəsi artıq sənətçinin rəsmi YouTube kanalında və bütün musiqi platformalarında yayımlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə aktyor Serhat Mustafa Kılıç vəfat etdi
05.09.2026 - 20:33
Alen Simonyan ailə həyatı qurdu
05.09.2026 - 19:09
Sibel Can 11 yaş kiçik sevgilisi ilə evlənir
05.09.2026 - 15:33
Seda Sayandan səhnədə romantik etiraflar!
05.09.2026 - 15:19
Bakıda qardaşlar arasında avtomobil qalmaqalı!
05.09.2026 - 12:52
Nina Dobrev Venesiya festivalında qırmızı xalçadan çıxarıldı
05.09.2026 - 12:31
Toydan dönən sürücü qəzaya düşdü: Yaralılar var
05.09.2026 - 12:17
Şükufə Yusupovanın səhhəti stabildir: Son durum
05.09.2026 - 11:27
