Moldova hava limanında saxlanılan azərbaycanlı tələbələrlə bağlı RƏSMİ AÇIQLAMA
Bakıdan Ukraynaya gedən azərbaycanlı tələbələrdən ibarət təxminən 34 nəfərlik qrup Moldova hava limanında saxlanılıb.
Bu barədə onların yaxınları BAKU.WS-in “qaynar xətti”nə müraciətdə bildirib.
Qeyd olunub ki, tələbələri heç bir əsas göstərilmədən nəzarətə alıblar və uzun müddət hava limanında gözləməyə məcbur ediblər.
Məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, Moldovadakı Səfirliyimiz məsələ barədə məlumatlıdır və qeyd edilən gənclərə hər bir dəstək göstərilib.
“Onların Universitetə qəbul sənədləri qaydasında olmadığı üçün Moldova tərəfindən Ukraynaya buraxılmayıblar. Onlar ölkəmizə geri qaytarılacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur