Gələn ay 30 manat yardım veriləcək
3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar Azərbaycanda əlilliyi olan şəxslərə birdəfəlik yardım veriləcək.
Birdəfəlik yardımın məbləği 30 manat olacaq və yardımın dekabr ayında verilməsi nəzərdə tutulur.
ƏLAQƏLİ
Hövsanda zibil böhranı: Sakinlər antisanitar şəraitdən gileylənirlər – FOTOLAR / VİDEO
Bəs birdəfəlik yardımı necə almaq olar?
Əlilliyi olan vətəndaşlar müraciət üçün Sosial Xidmətlər Agentliyin filiallarına yaxınlaşa və ya şəxsiyyət vəsiqəsinin surəti və əlilliyi təsdiq edən sənədin əlavə olunduğu ərizələrini Agentliyin [email protected] elektron ünvanına göndərə bilərlər.
Xatırladaq ki, sözügedən maddi yardımla bağlı müraciətlərə növbəlilik qaydasında baxılacaq.
Qeyd edək ki, 1992-ci ildə BMT Baş Assambleyası qəbul etdiyi Bəyannaməyə görə dekabrın 3-ü “Əlilliyi olan insanların Beynəlxalq günü” kimi qeyd olunur. BMT üzvü olan digər ölkələr kimi bu tarix Azərbaycanda da qeyd olunur./Milli.Az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə yaşıllıqlara ciddi ziyan vurulub
70-ci maddənin “ç” bəndi: Cəza, yoxsa ömürlük məhdudiyyət?
Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlandı
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: Yeni hüquqi praktika
Veyp istifadəçilərinə ciddi xəbərdarlıq edildi
Çimərliklərdə sabah vəziyyət necə olacaq?
