Yaxın şərqdə gərginlik artır: İran proksiləri səudiyyəyə qarşı hərəkətə keçir?
Yaxın Şərqdə yeni bir müharibənin qığılcımları görünməkdədir. İranın dəstəklədiyi proksi qüvvələrin Səudiyyə Ərəbistanına qarşı hücum hazırlıqları ilə bağlı kəşfiyyat məlumatları əldə edilib.
Minval.info xəbər verir ki, bu məlumatlar Yəməndəki Husilər, İraqın iranmeyilli silahlı qrupları və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Səudiyyə Ərəbistanına qarşı mümkün hücum planlarını ortaya qoyur.
Siyasi analitiklər, Səudiyyə Ərəbistanının bu hücumlara qarşı hazırlıqlarını artırdığını və regionda vəziyyətin daha da gərginləşə biləcəyini vurğulayır. Ekspertlər, İranın birbaşa müharibəyə daxil olmadan, proksi qüvvələr vasitəsilə Səudiyyə Ərəbistanına təzyiq göstərməyə çalışdığını bildirir.
ƏLAQƏLİ
Oleşki şəhərində acınacaqlı vəziyyət: Rusiya yardım yollarını bağlayır
Bu vəziyyətin Səudiyyə Ərəbistanının enerji infrastrukturu və strateji obyektlərinə zərbə vurmaq məqsədi daşıdığı qeyd olunur. Belə bir ssenarinin reallaşması, regionda iqtisadi sabitliyi ciddi şəkildə poza bilər.
Analitiklər, genişmiqyaslı bir müharibənin heç bir tərəfə fayda gətirməyəcəyini, lakin proksi müharibəsinin genişlənmə ehtimalının yüksək olduğunu bildirir. Bu vəziyyətdə, Yəmən və İraq, İran-Səudiyyə rəqabətinin iki əsas cəbhəsi kimi qiymətləndirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Oleşki şəhərində acınacaqlı vəziyyət: Rusiya yardım yollarını bağlayır
Avropada uşaqlar üçün sosial media qadağasının dəstəklənməsi artır
İsrail-Hollandiya münasibətlərində gərginlik artır
Ukrayna səfiri Azərbaycana dəstəyə görə təşəkkür etdi
İsrail İspaniya maslahatgüzarını Xarici İşlər nazirliyinə çağırdı
Ben-Qvir və israillilər Əl-Əqsa məscidinə basqın etdilər
İran, İngiltərədəki terror hücresi ilə bağlı iddiaları rədd etdi