Yaşlılar üçün yuxunu yaxşılaşdıran işıq terapiyası
Alimlər, yaşlı insanların yuxusunu yaxşılaşdırmaq üçün parlaq işıqlandırmanın təsirini araşdırıblar. Araşdırma nəticəsində məlum olub ki, qapalı məkanlarda parlaq işıqlandırmanın artırılması yaşlı insanların yuxusunu yaxşılaşdırır, gündüz aktivliyini artırır və bioloji ritmlərin normal fəaliyyətini dəstəkləyir.
Minval.info xəbər verir ki, “Journal of Pineal Research” jurnalında dərc olunan araşdırmada yaşı 63-92 arasında olan 200-dən çox insan iştirak edib. İki həftəlik müşahidə müddətində iştirakçıların bir hissəsinə işıq terapiyası üçün xüsusi lampalar verilib. Onlardan, lampalardan səhər oyandıqdan sonra bir saat ərzində istifadə etmələri və yatmazdan ən azı dörd saat əvvəl söndürmələri istənilib. İştirakçıların otaqdakı işıq səviyyəsi, fiziki aktivliyi və istirahət rejimi xüsusi sensorlar vasitəsilə izlənilib.
Nəticələr göstərib ki, səhərlər daha erkən saatlarda parlaq işıq alan insanlar gün ərzində daha aktiv olublar və yuxu-oyanıqlıq rejimləri daha sabit olub. Bundan əlavə, təbii işığa daha çox məruz qalan iştirakçıların gün ərzində fiziki aktivliyinin yüksək olduğu, istirahət rejimində daha az pozuntu yaşadıqları və yuxularının keyfiyyətini daha yaxşı qiymətləndirdikləri müəyyənləşib. Alimlər hesab edirlər ki, əlavə işıqlandırma xüsusilə açıq havaya az çıxan və təbii işıq çatışmazlığı yaşayan yaşlı insanlar üçün sağlamlığın dəstəklənməsində sadə və əlçatan, dərmansız üsul ola bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bağçada şiddət iddiası: Valideyn və müəssisə üz-üzə
Windows 11 yeniliyi oyunları yavaşlada bilər
Jurnalist Samir Qurbanovun oğlu faciəvi öldü
Ağa Hacıbəyli: Müasir insanın tənhalığı artır
Nahar vaxtı arıqlamağa təsir edir: Araşdırma
Elgiz Əkbərdən yeni veriliş: "Şadlıq olsun
Çində hamilə robot: Gələcəyin analığı?