12.08.2026 - 17:11
Maqazin 20 baxış

Yasamalda mənzil seçimi: Hazır evlər yoxsa tikinti mərhələsində olanlar?

Yasamalda mənzil axtarışında olanlar üçün seçimlər yalnız ərazi ilə məhdudlaşmır. Hazır mənzilə köçmək və ya tikintisi davam edən bir layihədən seçim etmək arasında qərar vermək lazımdır. Daha geniş sahə, studiya planı, şəxsi bağça və ya terras sizin üçün daha vacibdirsə, bu imkanları müqayisə etmək önəmlidir.

Minval.info xəbər verir ki, ‘Park Yasamal’ kompleksi bu baxımdan Yasamalda fərqli mənzil seçimləri axtaranlar üçün geniş imkanlar təqdim edir. Kompleks, 3 saylı Bakı ‘ASAN xidmət’ mərkəzinə yaxın, şəhərin müxtəlif istiqamətlərinə rahat çıxış imkanı verən bir lokasiyada yerləşir.

Kompleksdə həm hazır, həm də tikintisi davam edən binalarda mənzil seçimləri mövcuddur. Hazır binalarda 48,96 kv.m-dən 120,47 kv.m-dək sahəsi olan 2 otaq studiya, 2, 3 və 4 otaqlı mənzillər təklif edilir. Tikintisi davam edən binalarda isə 66,45 kv.m-dən 111,68 kv.m-dək sahəsi olan 2, 3 və 4 otaqlı mənzillər arasından seçim etmək mümkündür.

‘Park Yasamal’ kompleksində standart mənzil seçimləri ilə yanaşı, bağçalı və terraslı mənzillər də mövcuddur. Şəxsi bağçalı mənzillər bina evində, həyət rahatlığı yaşamaq imkanı verir. Terraslı mənzillər isə evdən çıxmadan açıq havada dincəlmək və şəxsi istirahət guşəsi yaratmaq istəyənlər üçün əlavə üstünlükdür.

Mənzillərin təmirində müxtəlif Avropa brendlərinin məhsullarından istifadə olunur: Almaniya istehsalı ‘HARO’ parketləri, elektrik açarlarında İtaliyanın ‘GEWISS’ brendi, İtaliya istehsalı ‘Prysmian’ yanmayan kabelləri, divarlarda ‘Zambaiti Parati’ divar kağızları, hamam aksesuarlarında Almaniyanın ‘GROHE’ brendi, sanitar və ümumi sahələrdə isə İtaliyanın ‘Infinity’ keramoqranitləri tətbiq edilir.

‘Park Yasamal’ yalnız mənzil seçimi ilə deyil, kompleks daxilində təqdim etdiyi yaşayış imkanları ilə də fərqlənir. Göl ətrafında istirahət zonaları, geniş yaşıllıq sahəsi, futbol meydançası, özəl uşaq bağçası, 24/7 kamera-nəzarət sistemi və geniş, təhlükəsiz avtodayanacaq sakinlərin gündəlik ehtiyaclarını nəzərə alır. Kompleksin ətrafında da gündəlik yaşam üçün lazım olan əsas xidmət və imkanlara rahat çıxış mümkündür.

Mənzil seçərkən əsas məsələ yalnız bu gün üçün uyğun ev tapmaq deyil, gələcəkdə də dəyərini qoruyacaq seçim etməkdir. ‘Park Yasamal’da mənzillər 36 ayadək daxili kredit və ya 20 ilədək ipoteka krediti ilə satışa təqdim olunur.

Bundan əlavə, ‘Kristal’ın yeni ‘Evini hissə-hissə al’ satış modeli ilə mənzilə aylıq öhdəliksiz və faizsiz şərtlərlə mərhələli şəkildə sahib olmaq mümkündür. Yəni mənzilin istədiyiniz sahəsini bu gündən kvadrat-kvadrat ala, gələcəkdə dəyər qazanacaq daşınmaz əmlaka tədricən yatırım edə bilərsiniz. Pulunuzu sadəcə yığmaq əvəzinə, onu daşınmaz əmlaka çevirərək gələcəyinizə yatırım etmək imkanı yaranır.

‘Park Yasamal’da mənzil seçimləri, tikinti ərazisi və satış şərtləri ilə yerində tanış olmaq üçün satış ofisinə yaxınlaşa və ya *1544 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: