Yasamal icra hakimiyyətinin əməkdaşı özü-özünü ifşa etdi - ŞOK VİDEO
“Toplum TV”nin əməkdaşları Vüsalə Mikayıl və Nuray Kamal Elmlər Akademiyası ərazisində çəkiliş apararkən təzyiqlə üzləşiblər.
Müxbirlər mağazası sökülən sahibkarın şikayətini işıqlandırarkən özünü Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi kimi təqdim edən Vüsal adlı şəxs video çəkilişə mane olub.
Jurnalistlər daha sonra 21 saylı Mənzil Kommunal İstismar İdarəsinə müsahibə üçün dəvət olunublar.
Jurnalist Vüsalə Mikayılın sözlərinə görə, müsahibə baş tutmayıb, onlara şikayəti işıqlandırmamaları üçün rüşvət təklif edilib.
Bundan imtina etdikdə, Vüsal adlı şəxs jurnalistin telefonunu alaraq ərazidən uzaqlaşıb. Məsələ ilə əlaqadar hüquq mühafizə orqanalarına, 102 Qaynar Xəttinə şikayət ünvanlanıb. Bundan sonra telefon geri qaytarılıb, amma hadisə bundan sonra baş verib.
Belə ki, telefonda səsyazma açıq olub və icra nümayəndəsi bunu bilmədiyi üçün özü-özünü ifşa edib.
Ətraflı videoda:
https://youtu.be/mYulLVEyGhQ
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək