YAP-dan təcili qərar - Fevralın 8-də...
Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayının vaxtı məlum olub.
Minval.İnfo-nun APA-ya istinadən məlumatına görə, YAP-ın VI qurultayının vaxtı dəyişdirilərək 2018-ci ilin fevralın 8-nə təyin olunub.
Qurultayın vaxtının dəyişdirlməsinə səbəb növbədənkənar prezident seçkisinin elan edilməsidir.
Qurultayda partiyanın prezidentliyə namizədi müəyyənləşdirəcək, sədr və sədr müavinləri, İdarə Heyəti və Siyasi Şuranın tərkibi yenidən seçiləcək.
Hakim partiyanın qurultayının bu ilin mayında keçirilməsi nəzərdə tutulurdu.
Bu gün prezident İlham Əliyev növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Efirdə saxta “Böyük Ermənistan” xəritəsini yayımlayan şəxs cəzalandırıldı
Şənbə gününə olan hava proqnozu
Bakıya sulu qar, rayonlara qar yağacaq
Dövlət Komitəsinin iki vəzifəli əməkdaşı işdən qovuldu - FOTO/VİDEO
44 günlük Vətən müharibəsinin xronikası: 29 oktyabr
“Putinin gözünə baxıb Buçada gördüklərimi demək istədim, mübahisə etdik”
Sabah hava necə olacaq?