Yalçın Rəfiyev Maarifçi proqram iştirakçıları ilə görüşdü
Avqustun 25-də Xarici İşlər Nazirliyində IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüş keçirilib. Görüşdə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli və digər məsul şəxslər iştirak ediblər.
Minval.info xəbər verir ki, Yalçın Rəfiyev görüş zamanı Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri və beynəlxalq münasibətlərdəki mövqeyi barədə ətraflı məlumat verib. O, həmçinin xarici siyasətin formalaşmasına təsir edən amillər və qərarların qəbul edilməsi mexanizmləri haqqında fikirlərini bölüşüb.
Müzakirələr zamanı dövlətin gücünü müəyyən edən iqtisadi və hərbi potensial, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və dövlətin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar xarici siyasətin prioritetləri və diplomatik fəaliyyətin xüsusiyyətləri ilə bağlı suallarını nazir müavininə ünvanlayıblar.
Görüşdə gənclərin dövlət idarəçiliyində fəal iştirakı və analitik düşüncə bacarıqlarının inkişaf etdirilməsi vurğulanıb. “Maarifçi” proqramının bu istiqamətdəki rolu və müxtəlif dövlət qurumları arasında əməkdaşlığın gənclərin inkişafına yaratdığı imkanlar müzakirə edilib.
Xatırladaq ki, “Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə 2024-cü ildən həyata keçirilir və indiyədək 102 gənc məzun olub. Hazırda proqramda 53 nəfər iştirak edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı