Yağışlı havada baş verən dəhşətli qəzalar – YENİ REAL VİDEO
Yağışlı havada yol qızaları tez-tez baş verir.
Xüsusilə də magistral yollarda. Əsas səbəb isə yağışlı havada yerin sürüşkən olması və sürücülərin yüksək sürət və ara məsafəsini düzgün saxlamamasıdır. Avtosfer.az-ın təqdim etdiyi iki videoda baş verən qəzalar da yağışlı havanın vaxtına düşür. Birinci video gündüz vaxtı çəkilib. İlk baxışdan hər şey normaldır.
Amma hərəkətdə olan “Mercedes 190” markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirir. Yeriş sürüşkən olması avtomobilin ən sol zolaqdan sağa doğru getməsinə səbəb olur. Nəticədə öz yolu ilə gedən “Chevrolet” markalı maşına dəyir. Qəza zamanı xəsarət olmasa da avtomobillərə ciddi ziyan dəyir.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
İkinci qəza isə günün qaranlıq vaxtında baş verib. Belə ki, hərəkətdə olan avtomobillərdən biri ara məsafəsini düzgün seçmir. Nəticədə sürüşərək öndəki maşına dəyir. Qəzadan sonra üçüncü avtomobil də onların biri ilə toqquşur. Zəncirvari qəzadan son anda arxadan yüksək sürətlə gələn avtomobil xilas ola bilir.
Videonu təqdim edirik:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"