Xulian Alvarezin "Barselona"ya keçidi təsdiqləndi
Argentinalı hücumçu Xulian Alvarezin “Barselona”ya keçidi ilə bağlı maraqlı iddialar ortaya çıxıb. İspaniyanın “El Chiringuito” nəşrinin jurnalisti Jota Jordinin məlumatına görə, Madridin “Atletiko” klubu 26 yaşlı futbolçunun Kataloniya təmsilçisinə transferinə yazılı şəkildə razılıq verib.
Minval.info xəbər verir ki, “Atletiko” klubu Alvarezin “Barselona”ya keçidini təsdiqləyən sənədi futbolçuya təqdim edib. Xatırladaq ki, Xulian Alvarez 2024-cü ilin yayında “Mançester Siti”dən “Atletiko”ya 75 milyon avro qarşılığında transfer olunmuşdu. Müqavilədə əlavə 20 milyon avroya qədər bonusların da nəzərdə tutulduğu bildirilir.
Alvarezin “Atletiko” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Ötən mövsüm Madrid klubunun heyətində 49 oyuna çıxan hücumçu 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Lakin yeni mövsümə uğursuz başlayan Alvarez indiyədək yalnız bir matçda meydana çıxıb və qol vura bilməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək