Xoşqədəm Hidayətqızı: “Yazmışdı ki, ərim müğənni ilə gəzir, kömək elə”
“ “Səni axtarıram” verilişinin çəkilişləri gərgin keçir. Amma sonda gözəl nəticə varsa, bu bizi xoşbəxt edir. Ayrılanların barışması, itkinlərin tapılması, xəstənin şəfa tapması, evsizin ev sahibi olması və s. Bunlar məni xoşbəxt edir”.
Bu sözləri musavat.com-a açıqlamasında aparıcı Xoşqədəm Hidayətqızı deyib. O, “Səni axtarıram” verilişinin onun əhvalına neqativ təsir etdiyini də gizlətməyib:
“Deyim ki, neqativlərin öhdəsindən gəlirəm, doğru olmaz. Gecə evə gedəndə hamısını yaşayıram”.
Teleaparıcı övladları barədə də danışıb: “Hazırda Bakıdadırlar. Bura gətirmişəm. Çünki dayana bilmirəm. Hər həftə sonu Türkiyəyə getmək böyük xərcdir. Həm də verilişlə bağlı həftə sonu baş tutan çəkilişlərə gedə bilmirdim. Ona görə də ciddi problemlər olurdu. Uşaqları gətirdim. Bir-iki aydan sonra yenə Türkiyəyə gedib bir ay qalacaqlar.
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
Hidayətqızı müğənnilərin şəxsi həyatının gizli məqamlarını açmasına da toxunub:
“Vallah deyim ki, onlardan bəziləri haqda hətta Türkiyədən belə mənə yazmışdılar. Yazılar davam edir. Hələ ki, marağımda olan bir şey yoxdur. Olanda üzə çıxaracağam. Amma əmin olun ki, kim kimlədir, nə edirlər, xəbərdar oluram. Kişilərin xanımları mənə yazırlar. O gün bir xanım həyat yoldaşının bir müğənni ilə münasibətini öyrənib, mənə yazmışdı ki, ərim əldən gedib. Mən də yazdım ki, ay xanım, bu kişinin bir dədəsi, böyüyü, ağsaqqalı var. Niyə mənə deyirsən? Cavab verir ki, kimə desəm, deyir ki, sən xanımsan, pulunu gətirir, evində otur. Bəlkə bunun öhdəsindən siz gələrsiniz. Məndə belə yazılar çoxdur. Hər şeyi də efirə çıxarmaq olmur. “Səni axtarıram” verilişinin profili dəyişmişdi. Bu axtarış proqramıdır. Bəzən verilişdə sosial nə isə verəndə onu azaltmağa çalışıram. Burada 60 mindən çox müraciət var. Elə talelər olur ki, sosial problemlərə görə axtarışın nəticəsini verə bilmirəm. İstər-istəməz müzakirələr gedir”.
ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"