Xoruldama: Yuxuda nəfəs dayanmasının təhlükəsi!
Xoruldama bəzi hallarda sağlam insanlarda da müşahidə oluna bilər. Lakin onun mütəmadi və yüksək səslə baş verməsi, xüsusilə yuxu zamanı nəfəsin dayanması ilə müşayiət olunması ciddi sağlamlıq probleminin əlaməti ola bilər. Minval.info xəbər verir ki, otorinolarinqoloq Yana Novikova bu barədə açıqlama verib. Həkimin sözlərinə görə, xoruldama nadir hallarda baş verirsə, insan normal yatır və gün ərzində özünü yaxşı hiss edirsə, adətən narahatlığa əsas olmur. Lakin mütəmadi və yüksək səslə xoruldama, yaxınlarının yuxu zamanı nəfəsin vaxtaşırı dayandığını, daha sonra isə insanın qəfil və səsli şəkildə nəfəs aldığını müşahidə etməsi diqqət tələb edir. Bu əlamətlər obstruktiv yuxu apnesi sindromunun göstəricisi ola bilər.
Həkim aşağıdakı hallarda mütləq tibbi müayinədən keçməyi tövsiyə edib: yuxu zamanı nəfəsin dayanması; gecə boğulma və ya hava çatışmazlığı hissi; tez-tez yuxudan oyanma; səhərlər baş ağrısı; kifayət qədər yatmasına baxmayaraq özünü yuxusuz hiss etmək; gün ərzində güclü yuxululuq və yorğunluq. Mütəxəssis xüsusilə avtomobil idarə edərkən, iş zamanı və ya diqqətin vacib olduğu digər vəziyyətlərdə istəmədən yuxuya getmənin ciddi xəbərdarlıq əlaməti olduğunu vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək