XİN: Ermənilərin təxribatlarının qarşısı qətiyyətlə alınacaq
“Bilirsiniz ki, bu qarşdurmalarda Azərbaycan tərəfindən vətənpərvər insanlar iştirak edir və bunlar dinc yolla Ermənistanın işğalçı siyasətinə qarşı etirazlarını bildirirlər. Ermənilər tərəfdən isə radikal erməni qruplaşmaları, heç bir hücum faktlarından, heç bir riyakarlıqdan çəkinməyərək Azərbaycana aid olan missiyalara, binalara Azərbaycan etnik mənsubiyətinə görə hücum etməklə məşğul olurlar”.
“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov bu gün keçirilən brifinqdə deyib.
“Mən erməni hakim rejiminə bildirmək istəyirəm ki, onların bu avantürası da boşa çıxacaq və boşa çıxmışdır da. Çünki dünyanın sivil ölkələri – harda bunlar sığınacaq tapıb yaşayırlar – heç vaxt imkan verməzlər ki, onların ölkələrində qanunun aliliyi, beynəlxalq hüquqa hörmət, irqi ayrı-seçkilik zəminində təxribatlar törədilsin. Bu təxribatlar törədilirsə, bunların qarşısı qətiyyətlə alınacaq”, – o bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir