Xiaomi telefonları avtomobil açarı kimi istifadə ediləcək - FOTO
Xiaomi və Google-un əməkdaşlığı sayəsində Xiaomi 13 telefonu ilə tezliklə BMW avtomobilinin kilidini açmaq mümkün olacaq.
Bakupost.az xəbər verir ki, ötən günlərdə keçirilən tədbirdə şirkət sözügedən xüsusiyyəti Xiaomi 13 seriyası ilə tanış edib.
Xiaomi CEO-su Lei Jun rəsmi olaraq Xiaomi 13 seriyasının BMW markalı avtomobillərlə simsiz əlaqə quracağını açıqlayıb.
Xiaomi 13 modellərində rəqəmsal avtomobil açarı olacaq. İstifadəçilər “Google Wallet” tətbiqindən istifadə edərək avtomobili kilidləyə, kilidini aça və işə sala biləcəklər.
Virtual avtomobil açarını dostları və ya ailə üzvləri ilə bölüşmək istəyən istifadəçilər bunu “Google Wallet” proqramından istifadə edərək edə biləcəklər.
Digər tərəfdən, yeni funksiyanın nə vaxt istifadəyə veriləcəyi hələlik bəlli deyil.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq