XDMX: “Wordpress” və “Joomla”da olan bir çox sayt zərərverici yayırlar

Populyar “Wordpress” və “Joomla” platformalarında çalışan 500-dən çox müdaxilə edilmiş saytlar, arxa planda, fişinq linkləri və digər müxtəlif zərərli məzmunlu proqram təminatı da daxil olmaqla bekdor yayıb.
Bu barədə “Report”a Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, bu yeni kampaniyanı “Zscaler” şirkətinin mütəxəssisləri aşkar ediblər:
“Onların sözlərinə görə, saytların komprometasiyası üçün xakerlər müxtəlif plaginlərdə, mövzularda və uzantılarda olan boşluqlardan istifadə edirlər. Hazırda hücumun təşkilatçılarının kim olması bəlli deyil. Məqsədlərinə çatmaq üçün kampaniyanın təşkilatçıları təhlükəsiz HTTPS bağlantısı istifadə edən saytlarda gizli xidməti qovluqları cəlb etməlidir. Bu qovluqlar sertifikatlaşdırma mərkəzlərinə domen haqqında məlumat əldə etməyə imkan verir, lakin bundan zərərli proqramları təminatlarını saxlamaq üçün təcavüzkar da istifadə edə bilərlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq