Xatirə İslam müğənnilərdən pul alan şəxsi ifşa etdi
Müğənni Xatirə İslam dələduzluğa məruz qalıb.
Open.az xəbər verir ki, sənətçi bu barədə instaqram səhifəsində məlumat verib.
O, video paylaşaraq özünü iş adamı Mübariz Mənsimovun yaxını kimi təqdim edən Sahil İmanov tərəfindən aldadıldığını açıqlayıb: “Özünü Mübariz Mənsimovun köməkçisi, ailəsinin ən yaxın adamı, Türkiyədə sayılan-seçilən kanalın rəhbəri kimi təqdim edən Sahil İmanov haqda danışacam. Mənə də dəfələrlə zəng edib, nələrsə soruşub. Əlimdən gələn paylaşımı etmişəm. Bu adama görə yox, Mübariz Mənsimovun xatirinə etmişəm.
Sahil İmanov Azərbaycanda olan tanınmış insanları aldadır, pulunu mənimsəyir. Birinə deyir sənə sosial şəbəkədə mavi işarəni alacam, birinə deyir “Youtube”da hər şey mənlikdir. Hər şeyi bacardığını deyir. Bu cür danışaraq məşhurları aldadır. Biri mən özüm. Yaxınımı da aldadıb. Mübariz Mənsimovun işçisidirsə, bir ölçü götürülsün. Sahilin özünə də dedim ki, bir çox yalan danışmısan, vədlər vermisən, mənə bulaşma. Yazdı ki, üzr istəyirəm, yaxınınızın pulunu qaytaracam. Sözünün üstündə dayanmadı”.
Sənətçi daha sonra sözügedən posta yazılan rəylərə cavab verərək aldadılan yaxınının Əməkdar artist Vasif Məhərrəmli olduğunu vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək