Xarici ölkələrdən Qarabağa gələn bəzi terrorçuların kimlikləri məlum olub
Ermənistan tərəfində muzdlu kimi döyüşmək üçün xarici ölkələrdən Dağlıq Qarabağa gəlmiş bəzi terrorçuların kimlikləri məlum olub.
“Report” xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçeletə ünvanladığı məktubda məlumat verib.
“Fransa vətəndaşları – Artur Ohanisyan, ASALA terror təşkilatının üzvü Gilbert Minasyan (onunla birlikdə adları istintaqa məlum olmayan 15 nəfər şəxs), “Zouaves Paris” ekstremist qrupunun lideri Mark de Kakkerey – Valmenir, Gürcüstan vətəndaşlığından artıq məhrum edilmiş Vaaqn Çaxalyan, İran İslam Respublikasının vətəndaşı Harmik Hovsepiyan, Belarusiya vətəndaşı Serov Sergey Valeriyeviç, ABŞ vətəndaşı Aruşan Badasyan və digərlərinin muzdlu kimi döyüş əməliyyatlarında iştirak etmələri məlum olub” – K.Əliyev bildirib.
ƏLAQƏLİ
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub
Baş prokuror əlavə edib ki, həmçinin, Ermənistan işğalından azad edilən ərazilərə baxış keçirilən zaman aşkar edilən 2 meyit üzərində muzdluların etnik mənşəyini sübut edən işarələr aşkar edilib və bu qeyd edilən digər faktlar muzdluların iştirakını bir daha təsdiq edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub
TƏCİLİ! Arayikin qızları Qarabağdan QAÇDI - Necə çıxıblar?
Ermənistan Televiziyası "Artsax" adından istifadə etməyi dayandırdı
Qarabağda erməni aktyorun yüklərini daşıyan “sülhməramlı fəhlə”ləri - FOTO
ABŞ Qarabağda minatəmizləmə işlərinə 2 milyon dollar ayırdı