Xalq artisti Damlanın konsert saxtakarlığını açdı: "150 bilet satılmışdı"

Xalq artisti Samir Cəfərov müğənni Damla ilə bağlı söz-söhbətlərə cavab verib.
Axşam.az xəbər verir ki, “Səhər-səhər” verilişinin qonağı olan müğənni “Damlaya görə Gəncə Dövlət Filarmoniyasındakı vəzifənizdən çıxmısız” sualına belə cavab verib:
“Elə bir şey olmayıb. Damla filarmoniyada konsert verəndə mən başqa ölkədə idim”.
S.Cəfərov Damlanın Gəncə konserti ilə bağlı sirri açıb:
“Filarmoniyada klassik konsertlər də, opera da var. Niyə filarmoniya deyəndə, ancaq klassika düşünürlür? Niyə digər oxuyanların da konserti olmasın? İnsanlar var idi sponsorluq edib, Damlanı gətirmək istədilər. Dedim, kirayə pulunu, digər xərcləri və Damlanın qonorarını ödəyin, konsert verin.
850 biletdən 150 bilet satıldı. Gətirib zalı doldurdular. Bilirdim ki, onlar bilet satışı ilə zalı doldura bilməyəcklər. Nuri Sərinləndirici, Elnarə Abdullayevanı apardım, bilirdim ki, bilet satılacaq. Satıldı da…
Amma Damla satılmayacaqdı. Çünki Gəncə camaatı başqa zövqdədir. Ondan sonra bəzi müğənnilər gəldi, dedim sizin konsert olmayacaq. Siz İnstaqram məşhurluğu qazanmış adamlarsız. Orada oturanlar isə boş-bekarlardır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək