Xəzərdə vurulan gəmiyə görə Tehranda ORTALIQ QARIŞDI: Əraqçi HƏDƏF ALINDI
İranın “Raja News” nəşri xarici işlər naziri Abbas Əraqçini Xəzər dənizində İran gəmisinə edilən hücumla bağlı açıqlamasına görə sərt tənqid edib.
Musavat.com xəbər verir ki, tənqid, Əraqçinin Ukrayna tərəfinin hücumu “qəsdən edilməmiş” adlandırması və dəymiş ziyanı ödəməyə hazır olduğunu bildirməsi ilə bağlı bəyanatındandan sonra səsləndirilib.
Nəşr xarici işlər nazirini hadisənin əhəmiyyətini azaltmağa çalışmaqda ittiham edib və bildirib ki, Ukrayna tərəfi hücuma görə məsuliyyəti açıq şəkildə öz üzərinə götürdüyü halda, bu cür mürəkkəb hərbi əməliyyatı “qəsdən edilməmiş” kimi təqdim etmək əsassızdır.
“Raja News” yazıb: “Düşmən ölkənin ən yüksək vəzifəli şəxsi açıq şəkildə məsuliyyəti öz üzərinə götürüb və bununla öyünürsə, min kilometrdən çox məsafədə yerləşən mürəkkəb hərbi əməliyyatı necə “qəsdən edilməmiş” adlandırmaq olar? Belə bir zəif bəhanəni qəbul etmək İran millətinin zəkasına təhqir və həlak olan dənizçinin qanına xəyanət deyilmi?”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan istefa üçün şərtini açıqladı
Mahmud Abbasın Yunan Kiprinə səfəri: siyasi əlaqələrdə yeni dönüş
İsraildə kritik seçki sonrası siyasi düyün: son vəziyyət
Rusiya Afrikada səfirliklərin sayını 48-ə çatdırıb
Ceyhun Bayramov tdt-nin Xarici İşlər Nazirləri şurasında çıxış edib
Eisenkot İsraildə "sionist əsgərlik hökuməti" qurmaq niyyətindədir
Tramp Netanyahunu milli birlik hökumətinə məcbur edə bilər