12.08.2026 - 22:56
Maqazin 19 baxış

Xəzərdə "nobu" dalğası: Robert de niro Azərbaycana gəlir!

Azərbaycanın tanınmış iş adamı Emin Ağalarov Xəzər dənizi sahilində yerləşən “Sea Breeze” layihəsində yeni bir mərhələ açmağa hazırlaşır. Bu layihə çərçivəsində məşhur “Nobu Hotel”in açılışı planlaşdırılır və bu tədbirdə məşhur Hollivud aktyoru Robert De Niro iştirak edəcək.

Minval.info xəbər verir ki, Emin Ağalarov bu barədə qazaxıstanlı məşhur biznesmen və bloger Beybit Əlibəyovun videomüsahibəsində məlumat verib. O, “Sea Breeze”də həyata keçiriləcək yeni layihənin “Nobu” brendi ilə əməkdaşlıq çərçivəsində reallaşdırılacağını bildirib.

Ağalarovun açıqlamalarına görə, kompleksdə 100 otaqlı hotel, 100 apart və təxminən 6 “Nobu” villası yer alacaq. “Bu, mənim sevimli restoranımdır və onlar 20 ildir ki, mənim partnyorlarımdır,” – deyə Ağalarov qeyd edib. O, Moskvada vaxtilə iki “Nobu” restoranının sahibi olduğunu da əlavə edib.

Layihənin tikintisinə bu il başlanılması və eyni zamanda daşınmaz əmlakın satışına start verilməsi planlaşdırılır. Ağalarov bildirib ki, “Nobu SPA”, “Nobu Hotel” və “Nobu” restoranı bir kompleksdə fəaliyyət göstərəcək.

Layihədə daşınmaz əmlakın satış qiymətləri 7 min ABŞ dollarından başlayacaq. Qeyd edək ki, “Nobu” dünya miqyasında tanınmış restoran və hotel brendidir və premium seqmentə aiddir. Brendin yaradıcıları arasında yaponiyalı aşpaz Nobu Matsuhisa, aktyor Robert De Niro və biznesmen Meir Teper yer alır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: