Xəzər sahilini çirkləndirən istirahət mərkəzləri cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən reyd zamanı Sumqayıt şəhəri Xəzər sahili zonasında fəaliyyət göstərən istirahət mərkəzlərində formalaşan çirkab suların və məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə olunmadığı aşkar edilib.
Nazirlikdən Minval.info-ya verilən məlumata görə, araşdırma zamanı “Relaks”, “Tural-1”, “Gəmi Qaya”, “Orxan”, “Katamaran”, “Şərur” “Kaspian Standart KO” MMC-yə məxsus “Kaspian Breeze” istirahət mərkəzlərində formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdıldığı və “Dostluq” istirahət mərkəzində əmələ gələn məişət tullantılarının isə ərazidə qalaqlandığı məlum olub.
Faktlarla bağlı obyekt sahibləri barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinə əsasən, ümumilikdə 3100 manat məbləğində cərimə tətbiq edilib. “Kaspian Standart KO” MMC-nin hüquqi şəxs qismində məsuliyyətə cəlb edilməsi üçün tərtib olunmuş sənədlər tədbir görülməsi məqsədilə məhkəməyə göndərilib. Nöqsanların aradan qaldırılması üçün obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Manat ucuzlaşır? - Mərkəzi Bankdan AÇIQLAMA
Tovuzda törədilən qətlin bəzi təfərrüatı məlum olub - FOTO
Əməkdar artist və ailəsi koronavirusa yoluxubmuş...
"Əlimi nəyə qoyuramsa, həyat yoldaşım onu alır” - Şəbnəm
Deputat seçilən Nigar Arpadarai vəzifəsindən istefa verir
Həsənağa Sadıqovun vəfat etməsi barədə xəbərlər yayıldı