Windows 11 yeniliyi oyunları yavaşlada bilər
Windows 11 əməliyyat sisteminə əlavə ediləcək yeni yaddaş qoruma funksiyası bəzi kompüterlərdə oyun performansının azalmasına səbəb ola bilər. Bu barədə yayılan məlumatlara görə, “Microsoft” Windows 11 istifadəçiləri üçün “Memory Integrity” funksiyasını daha geniş şəkildə tətbiq etməyə hazırlaşır. Bu funksiya, potensial təhlükəli kodların və drayverlərin Windows nüvəsi səviyyəsində işə salınmasının qarşısını almaq məqsədi daşıyır.
Minval.info xəbər verir ki, “Memory Integrity” funksiyası Virtualization-based Security (VBS) texnologiyası əsasında işləyir. Sistem kodu işə salınmazdan əvvəl yoxlamaq üçün təcrid olunmuş mühit yaradır və bununla zərərli proqramların əməliyyat sisteminin vacib komponentlərinə nəzarət əldə etməsinin qarşısı alınır. Lakin bu təhlükəsizlik funksiyası cihazın resurslarına əlavə yük yaratdığı üçün bəzi oyunlarda və yüksək performans tələb edən proqramlarda kompüterin sürətinin aşağı düşməsi mümkündür.
Məlumata görə, bu funksiya bəzi yeni kompüterlərdə artıq aktivdir. Əgər “Memory Integrity” əvvəllər deaktiv edilibsə, yeni yeniləmənin onu avtomatik aktivləşdirməyəcəyi bildirilir. Funksiyanı deaktiv etmək üçün “Windows Security” → “Device Security” → “Core Isolation” → “Memory Integrity” bölməsinə keçmək mümkündür. Yeni qoruma funksiyasının olduğu yeniləmənin oktyabr ayından etibarən yayılacağı gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Jurnalist Samir Qurbanovun oğlu faciəvi öldü
Ağa Hacıbəyli: Müasir insanın tənhalığı artır
Nahar vaxtı arıqlamağa təsir edir: Araşdırma
Elgiz Əkbərdən yeni veriliş: "Şadlıq olsun
Çində hamilə robot: Gələcəyin analığı?
Şəkinin bəzi kəndlərində qaz müvəqqəti kəsiləcək
Ağcabədidə pendir zavodunun fəaliyyəti dayandırıldı