“WhatsApp”ın funksiyası “Messenger”ə də gəlir
“Messenger” istifadəçiləri “Unsend” funksiyasını aşkar ediblər.
Minval.info Technote-yə istinadən xəbər verir ki, bu funksiyası sayəsində istifadəçi göndərdiyi mesajları silə biləcək.
Mesaj həm onu göndərənin, həm də digər şəxsin çatından silinir.
ƏLAQƏLİ
Yeni iphone modeli təqdim olunmadan sirri açıldı: Qoruyucu üzlükdən ipucları!
Göndərilmiş mesajın ləğv olunması üçün vaxt limiti də təyin etmək olacaq. Bu cür funksiya “Gmail” servisində də var. Belə ki, Gmail-də göndərilmiş məktubların silinməsi üçün 30 saniyə vaxt verilir.
“Facebook” şirkətinin təmsilçisi isə təsdiq edib ki, şirkət hal hazırda bu yeni funksiyanın testini aparır və testlərdən sonra hamı üçün aktiv olacaq.
Qeyd edə ki, göndərilmiş mesajların silinməsi funksiyası bu ildən etibarən “WhatsApp”da da istifadəyə verilib.
ƏLAQƏLİ
Meta və microsoft əməkdaşlığının arxasındakı milyonlar: Süni intellektdə yeni dövr?

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların təhlükəsizliyi üçün yeni tələblər gündəmdə
OpenAI-nin yeni "astra" modeli: Təhlükəmi, yoxsa irəliləyiş?
Apple Telegram-ı App Store-dan sildi – Səbəb açıqlandı
Bakıda iPhone 17 qiymətləri niyə yüksəkdir?
Çində süni intellekt texnologiyasında mühüm irəliləyiş