“WhatsApp”-dan yenilik: Mesaj göndərmək məhdudlaşdırıldı
“WhatsApp” messenceri mesaj göndərmə funksiyasını məhdudlaşdırıb.
Minval.info azərtac-a istinadən bildirir ki, bunu kompaniyanın vitse-prezidenti Viktoriya Qrant deyib.
“Bu gündən etibarən bütün dünyada istifadəçilər məlumatı yalnız beş ünvana yönləndirə bilər”, – deyə o bildirib.
Messencer nümayəndəsinin sözlərinə görə, bu, saxta informasiyaların yayılması ilə mübarizə aparmağa imkan verəcək. Əvvəlcə bu funksiya eksperiment qismində yalnız Hindistanda istifadə olunurdu. Belə ki, son iki ildə həmin ölkədə 40-dan çox insan barələrində saxta informasiya yayıldığı üçün qətlə yetirilmişdi.
Xatırladaq ki, əvvəllər “WhatsApp” messenceri ilə mesajı 20 ünvana yönləndirmək mümkün idi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq