23.10.2019 - 11:33
Texno 15 baxış

“Whatsapp”dan yeni funksiya

Whatsapp” təkmilləşdiriciləri istifadəçini qrup söhbətlərinə (çatlarına) əlavə edə biləcək şəxslərin siyahısını məhdudlaşdırmağa imkan verəcək yeni funskiyanı test etməyə başlayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “WABetaInfo” portalı xəbər verib.

Yenilik artıq iOS-ların 2.19.110.20, Andorid-lərin isə 2.19.298 beta-versiyalarında tətbiq edilib. Bundan sonra istifadəçilərin onu müzakirələrə dəvət edə biləcək şəxsləri seçmək imkanı olacaq. Bundan əlavə, bəzi şəxsləri “qara siyahı”ya salmaq olar.

Funksiyadan istifadə etmək üçün mesencerin müvafiq quraşdırmalarını tənzimləmək lazımdır (“İstifadəçi hesabı” – “Təhlükəsizlik” – “Qruplar).

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: