11.07.2023 - 11:52
Texno 110 baxış

"WhatsApp"dan istifadəçilərin işini asanlaşdıran YENİLİK - FOTO

“WhatsApp” messenceri cihazların hesabla əlaqələndirilməsi prosesi ilə bağlı alternativ giriş metodu üzərində işləyir.

BAKU.WS xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.

Artıq QR kodu olmadan – telefon nömrəsi və birdəfəlik koddan istifadə etməklə hesabları “WhatsApp Web”ə bağlamaq mümkün olacaq. Bunun üçün kompüter, yaxud notbuk vasitəsilə hesaba daxil olmaq və “Telefon nömrəsi ilə əlaqə” seçimi edilməlidir.

Bəzən telefonlarda kamerada nasazlıq yaranır və onlar digər cihazlara qoşulanda skan edə bilmədikləri üçün tətbiqə girmək istəyəndə problemlə üzləşirlər. Bu funksiya onların işini asanlaşdıracaq.

Yeniliyin tezliklə bütün istifadəçilər üçün əlçatan olacağı bildirilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: