Whatsapp-dan "Facebook" və "İnstagram" yeniliyi
Məşhur Whatsapp mesenceri istifadəçi statuslarının Facebook-a və şirkətin digər servislərinə keçirilməsi funksiyasını test edir.
Bu barədə The Verge saytına istinadən Macdigger saytı xəbər verib. Whatsapp statusları Instagram ilə Facebook Stories-lərinə bənzəyir. Yeni fuksiya isə Whatsapp statuslarını Facebook-a, Instagram-a, Gmail-ə və Google Photos-a daşımağa imkan verir.

Bu yeni funksiya artıq Whatsapp-ın beta verisyasında aktivdir. Whatsapp təmsilçiləri qeyd ediblər ki, statusların keçirilməsi üçün Facebook-dakı istifadəçi hesabının Whatsapp-a birləşdirilməsinə ehtiyac olmayacaq. Belə ki, statusların başqa servislərə ötürülməsi Android ilə iOS-də olan məlumat mübadiləsi üzrə API ilə reallaşdırılır. Lakin statusların avtomatik olaraq digər servislərə keçirilməsini ayarlamaq hələki mümkün olmayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq