“WhatsApp”da bu özəlliklər də olacaq - 4 möhtəşəm funksiya

“WhatsApp” yeniliklərə davam edir. Tezliklə istifadəçilərinin üzünü güldürəcək yeni funksiyaları işə düşəcək.
Minval.info xarici KİV-ə istinadən məlumat verir ki, “WhatsApp”ın mesajlaşma proqramının özünü daim təkmilləşdirdiyi artıq sirr deyil. Yaxın zamanlarda proqram yeniliklərinin sayını artıracaq. Tətbiqə yeni 4 funksiya da əlavə olunacaq.
1. Söhbətə smaylik ilə reaksiya verə biləcəksiniz
“Instagram”ın hekayə bölməsində fəal istifadə edilə bilən bu xüsusiyyət mesajlar haqqında duyğularınızı tezliklə ortaya qoymağa imkan verir. Bunlardan başqa “Twitter” və “iMessage” də oxşar quruluşlar təklif edir. Hazırda başlanğıc mərhələsində olmasına baxmayaraq, smaylik cavab xüsusiyyətinin tezliklə istifadəçilərə təqdim ediləcəyi gözlənilir. Maraqlıdır, görəsən, hansı smayliklər olacaq?

2. Səsli mesajları mətnə çevirmək
“WhatsApp” hər gün yeni bir xüsusiyyət ilə gəlir. Bu dəfə mətn tərcümə xüsusiyyəti “iOS”da sınaqdan keçirilən səsli mesajlar üçün daşıyır. Beta istifadəçiləri tərəfindən sınaqdan keçirilmiş xüsusiyyət hələ də “Android”də yoxdur. Ancaq testlər müvəffəqiyyətli olarsa, bu xüsusiyyətin “Android”də də olacağı düşünülür. “WhatsApp”ın yeni xüsusiyyəti ilə gələn səsli mesajlar yazılı şəkildə görünəcək və mesajın hissələri arasında keçid etmək mümkün olacaq.

3. Videoları səssiz izləyə biləcəksiniz
“WhatsApp”, videoları səssiz olaraq izləməyə imkan verəcək bir yenilik hazırlayır. İstər “WhatsApp”ın öz kamera tətbiqi ilə çəkirsiniz, istərsə də qalereyanızdan bir material göndərməyə çalışırsınız. Video tənzimləmə ekranının sol üst küncündəki “səssiz” işarəsinə toxunaraq onun səsini kəsə bilərsiniz. Uzun müddətdir beta versiyasında sınaqdan keçirilmiş xüsusiyyətin tezliklə istifadəyə veriləcəyi gözlənilir.

ƏLAQƏLİ
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
4. Söhbət pəncərəsinə yeni rənglər
“WhatsApp” beta istifadəçilərinə yeni bir xüsusiyyət əlavə edir. Populyar platforma, illərdir açıq yaşıl rəngdən istifadə edir. Bundan sonra rəng daha tünd yaşıl ilə əvəz olunacaq. İOS üçün də gələcək bu yeni dəyişiklik, qaranlıq rejimdə tətbiqdən istifadə edənlər üçün nəzərdə tutulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq