"WhatsApp"a 3 yeni, maraqlı funksiya əlavə olunur - Şəkilli izah
Dünyanın ən populyar mesajlaşma şəbəkəsi olan “WhatsApp”a yeni funksiyalar əlavə olunacaq.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, hazırda bu özəlliklər iOs platformalı telefonların sonuncu versiyasında test edilir.
Yeni özəlliklərə görə artıq qrup çatlaşması zamanı mesaj yazan şəxsə, qrupdan çıxmadan, nömrəsini yaddaşa salmadan, özəl olaraq cavab vermək mümkün olacaq. Bunun üçün qrupa mesaj yazan şəxsin yazdığı mətni aşağı sürüşdürüb, “private reply” sözünə toxunmaq lazımdır.

İkinci özəllik fotoların üzərinə smayl, stiker əlavə edilməsi ilə bağlıdır. Belə ki, şəkilləri kiməsə göndərməzdən əvvəl onun üzərinə smayl, stiker qoymaq mümkün olacaq.

3-cü özəllik 3D touch funskiyasını dəstəkləyən “iPhone”lar üçün nəzərdə tutulub.
Yeniliklər test edildikdən bir müddət sonra, yaxın günlərdə bütün telefonlar üçün uyğunlaşdırılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq