"Whatsapp" 10 gündən sonra bu telefonlarda İŞLƏMƏYƏCƏK
31 dekabr tarixindən etibarən dünyanın ən məşhur mesajlaşma tətbiqlərindən olan “Whatsapp” milyonlarla telefonda işləməyəcək.
Minval.info xəbər verir ki, bu barədə “WhatsApp” şirkəti ictimaiyyəti məlumatlandırıb. “WhatsApp” mesajlaşma şəbəkəsi “Windows Phone” istifadəçiləri, “Android” və “iOS”un köhnə versiyaları üçün fəaliyyətini dayandıracaq.
“Windows Phone”da mesajlaşma xidməti 31 dekabr 2019-cu ildən sonra dayanacaq. “Android 2.3.7” və “iOS 8”-dən daha köhnə əməliyyat sistemi ilə işləyən mobil telefonlarda isə 2020-ci il fevralın 1-də “WhatsApp”dan istifadə etmək mümkün olmayacaq.
Qəbul olunan qərardan sonra dünya üzrə milyonlarla istifadəçi oflayn olacaq. Şirkət izah edib ki, bu məhdudiyyətlər tətbiq imkanlarının gələcəkdə genişləndirilməsinin qeyri-mümkünlüyü ilə əlaqədardır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq