Əvvəl əks yola çıxdı, sonra dəmirlə hücum etdi - VİDEO
Bakıda qaydaları kobud şəkildə pozan sürücünün xuliqanlıq etməsi kameraya düşüb.
“Minval.info” Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə 12 may, saat 16:39 radələrində Sabunçu rayonu, Zabrat yolunda qeydə alınıb.
99 AF 375 dövlət nömrə nişanlı, üzərində taksi olan avtomobilin sürücüsü əks istiqamətdə hərəkət edib. Bu zaman qarşıdan gələn nəqliyyat vasitəsinin sürücüsünün önünə çıxıb. Sürücü ona zolağına qayıtmasını bildirib.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Bu zaman avtomobildən düşən qayda pozan sürücü təkidlə ona yol verilməsini tələb edib. Etiraz ilə qarşılaşandan sonra isə avtomobilə qayıdaraq dəmir boru götürüb və digər sürücüyə hücum çəkib. Taksidə əyləşən yaşlı sərnişinin müdaxilə etməsindən sonra geri çəkilən şəxs sürücünü təhdid də edib.
Sözügedən videonu təqdim edirik:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"