Vüqar Mustafayev: "Yaxşı anlarım, gözəl günlərim olub" - Müsahibə
Bakı futbol akademiyasının yetirməsi olan 24 yaşlı yarımmüdafiəçi Vüqar Mustafayev “Zirə” klubundan ayrılaraq “Sumqayıt” klubuna keçib. Bu barədə futbolçu Minval.info-nun əməkdaşına müsahibə verib.
– “Zirə”dən ayrılmağa səbəb nə oldu ?
– Artıq dörd ilə yaxın idi ki, “Zirə” klubunda forma geyinirdim, orada yaxşı insanlarla qarşılaşdım, özümə yaxşı dostlar qazandım, şəxsi istəyimlə “Zirə”dən ayrılmaq qərarına gəldim. Lakin orada karyerama davam edə də bilərdim. Təklif də etmişdilər, sağ olsunlar, sadəcə, futbol həyatı belədir ki, hər an hər şey ola bilir, birdən-birə nələrsə dəyişə bilir və yekunda ayrılmaq qərarına gəlirsən. “Zirə” klubunda yaxşı anlarım, gözəl günlərim olub. Buna görə də “Zirə” klubuna təşəkkür edirəm və onlara uğurlar arzulayıram.
– Niyə məhz “Sumqayıt”? Cəlbedici nə oldu? Başqa klublardan təklif olmuşdu?
-“Sumqayıt və “Keşlə” klublarından təklif gəldi. Hər iki komandaya təklifləri üçün təşəkkür edirəm, lakin “Sumqayıt”da məni cəlb edən məqam sadəcə, ora azərkeşlik edən tanıdığım insanların çox olması, onların mənə olan isti münasibəti və baş məşqiçi Ayxan Abbasovla illər əvvəl də çalışdığım üçün “Sumqayıt”ın təklifini qəbul etdim. İnşallah, mən də çalışacağam azarkeşlərin məşqçilər korpusunun və rəhbərliyin etimadını doğruldum.
– “Sumqayıt” komandasına uyğunlaşmaq çətin olmayacaq ?
– Düşünürəm ki, tez bir zamanda komandaya uyğunlaşacağam. Çünki komandada oyunçuların əksəriyyəti ilə münasibətim var, inanıram ki, onlarla çalışmaq çətin olmayacaq. Tez bir zamanda uyğunlaşmağım üçün mənə kömək edəcəklər.
– Yeni klubunda qarşına qoyduğun əsas məqsəd nədir ?
– Hər bir futbolçu kimi mən də çalışacağam ki, komandaya xeyir verim, komandanın gücünə güc qatım və bu komandayla uğurlar qazanım. “Sumqayıt” çempionata bəzək verən komandalardan biridir və bu komandanı digərlərindən fərqləndirən öz çılğın azarkeş ordusudur ki, ev oyunlarında yaxşı dəstək olurlar, motivasiya verirlər. İnşallah, biz də çalışacağıq ki, onları sevindirək qələbələr bəxş edək. Çempionatda yaxşı nəticə qazanmaqda mən də yardımçı olum. Neçə illərdir ki, onların istədiyi Avroliqaya vəsiqəsini qazanaq. Bunun üçün mən əlimdən gələni etməliyəm ki, həm klub üçün, həm də mənim üçün uyğun olsun.
– “Sumqayıt”da əvvəlki, komandalarda olduğu kimi 6 nömrə ilə çıxış edəcəksən bunun özəl səbəbi varmı?
– Xeyr, özəlliyi yoxdur. Çox vaxt bu nömrə ilə çıxış etmişəm deyə, mənim sevimli nömrəmdir. Buraya gəlişimdə də öyrəndim ki, bu nömrəli forma sahibsizdir mən də fikirləşmədən “6”nı götürdüm.
Ağa Dadaşzadə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kamil Zeynallı Tailandda rahibin duasını aldı
Xoruldama: Yuxuda nəfəs dayanmasının təhlükəsi!
Argentina futbolu Messini 1 dəqiqə alqışlayacaq
UEFA "Fənərbağça" və futbolçularını araşdırır
Bakı Qran-prisi üçün yeni tribuna istifadəyə verildi
Neftçi SOCAR dünya seriyasında ikincidir!
Osimhen İstanbulda lüks Ferrari ilə heyran etdi
