Velosiped oğurlayan kameraya düşsə də, bir ildir ki, tapılmır - Video
Bakıda yaşayış binasından bir il əvvəl velosiped oğurlanmasına görə cinayətin üstü hələ də açılmayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Dadaş Bünyadzadə küçəsi 11e ünvanında 22 may 2019-cu il tarixdə naməlum şəxsin binaya girişi, “Volf” markalı sürətötürücülü velosipedi götürüb getməsi, yəni cinayət anı kameraya düşüb. Görüntülərdə həmin şəxsin üzü aydın görünsə də, polis bir ildir bu cinayətin üstünü aça bilmir. Hadisə və onun videogörüntüsü Yasamal RPİ 29-cu Polis Bölməsinə təqdim edilib. Eyni zamanda, 102 xidmətinə də məlumat verilib. Şübhəli şəxs binadan 400 manat dəyərində velosiped oğurlayıb.
Bunun ardınca isə daha 5 velosiped oğurlanıb. Zərərçəkən bildirir ki, cinayətlərin açılmaması oğruları daha da həvəsləndirir: “Yeni Yasamalda isə belə hadisələrin sayı-hesabı yoxdur. Belə cinayətkar şəbəkələrin özlərini toxunulmaz hiss etməsi onların sırasını genişləndirir və işlərinin “səmərəliliyini” daha da artırır”.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
https://www.youtube.com/watch?v=4fK7f75DbUg&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"