"Vaynerlər, bloqqerlər xəstədir, dərmanları tapılmır"
“Vaynerlər, bloqqerlər mahnı oxuyur, biabırçılıqdır. Çilçırağa mahnı qoşurlar, vur patlasın, çal oynasın. Bloqqersən, get işinlə məşğul ol. Bunlarınkı xəstəlikdir. Dərmanları apteklərdə də yoxdur”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elvin Abdullayev “ATV maqazin onlarla” verilişində deyib. Sənətçi trendə düşən mahnıları tənqid edib. Elvin həmkarlarını birliyə səsləyib:
“Hər şeyi trendlə ölçmək olmur. Biz “Youtube”, İnstaqramla sənətə gəlməmişik ki, bizi onunla da yola salsınlar. Mənim üçün trend mənasızdır. Həmin trendə düşənlərin ifa etdikləri mahnıdakı sözlərlə acınacaqlı vəziyyətə gəlib çıxmışıq.
Baxış sayım 50-100 mindir, atım sənəti? Əvvəl “Youtube” yox idi, sənətkar yox idi? Orada partladan sənətkardır? Mənim üçün maraqlıdır Nailə Mirməmmədli, Gövhər Həsənzadə, Vaqif Gərayzadədən son vaxtlar kim mahnı ifa edir? İndi 100 manat sintezatora verir, mahnı oxuyurlar, vəssalam.
Sənət dostlarıma təklif edim ki, gəlin, qurum yaradaq, özümüz maliyələşdirək. Həmin qrumda da bayağı mahnılarla mübarizə aparılsın”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"
“Azərbaycan xalqına azad seçim versən, gedib Manafa səs verəcək”
"Hikmət Rəhimov, haqqımı ver!" - "Apatiya 2"nin çəkilişlərində qalmaqal
