Nassim Talebə sərt suallar: Niyə Ruben Vardanyanı müdafiə edir?
Son zamanlar bir məktubun məzmunu məhkəmə qərarlarından daha çox diqqət çəkib. Bu məktub yalnız ünvanlandığı şəxsə deyil, onu oxuyan hər kəsə suallar yaradır. Məktubun əsas ünvanı isə dünyaca tanınmış iqtisadçı və yazıçı Nassim Nikolas Talebdir.
Minval.info xəbər verir ki, məktubun əsas sualı belədir: Risklər haqqında yazan bir şəxs niyə riskli bir fiquru müdafiə edir? Qeyri-müəyyənliyi nəzəriyyəyə çevirən Taleb, Ruben Vardanyanın keçmişindəki faktlara niyə bu qədər göz yumur?
Türkiyəli mühəndis və tədqiqatçı Ergün Kırlıkovalı tərəfindən Talebə ünvanlanan açıq məktubda bu suallar ətrafında müzakirə aparılır. Məktubun müəllifi bildirir ki, Vardanyan haqqında illərlə yaradılan “filantrop” obrazı reallığın yalnız görünən tərəfidir. Arxa planda isə maliyyə qalmaqalları, geosiyasi oyunlar və hüquqi ittihamlar mövcuddur.
Ruben Vardanyanın adı ilk dəfə Qarabağda eşidilməyib. Onun adı beynəlxalq jurnalist araşdırmalarında, xüsusilə OCCRP-nin “Troika Laundromat” araşdırmasında hallanırdı. Bu araşdırma milyardlarla dolların hərəkət etdiyi mürəkkəb maliyyə sxemlərini üzə çıxarmışdı və Vardanyanın rəhbərlik etdiyi “Troika Dialog” şirkəti də bu işdə adı keçənlərdən idi. O, bu ittihamları rədd etsə də, məsələ hələ də açıq qalır.
Ukrayna müharibəsi başladıqdan sonra rusiyalı oliqarxlara qarşı təzyiqlər artdı və həmin dövrdə Ruben Vardanyan Qarabağda peyda oldu. Bu, təsadüf idi, yoxsa yeni siyasi sığınacaq axtarışı? Bu sualın cavabı müxtəlif ölkələrdə fərqli ola bilər, amma bir həqiqət dəyişmir: O, Azərbaycan ərazisinə qanunsuz daxil oldu və separatçı rejimin ən yüksək postlarından birini tutdu. Azərbaycanın suverenliyini açıq şəkildə hədəfə alan bəyanatlar verdi və bölgədə qarşıdurmanı körükləyən əsas fiqurlardan biri kimi çıxış etdi.
Bu gün isə bu məsələlər artıq siyasi polemikanın yox, məhkəmə materiallarının tərkib hissəsidir. Azərbaycan məhkəməsində ona qarşı terrorçuluğun maliyyələşdirilməsindən qanunsuz silahlı birləşmələrin yaradılmasına, təcavüzkar müharibədə iştirakdan insanlıq əleyhinə cinayətlərə qədər çoxsaylı ittihamlar irəli sürülüb və hökm çıxarılıb.
Bütün bunlar ortada ikən, dünyaca tanınmış intellektuallardan birinin yalnız “humanist” Vardanyan obrazını müdafiə etməsi yeni suallar doğurur. Nə üçün, hansı əsaslarla və hansı faktlara söykənərək bu müdafiə edilir? Yoxsa burada faktlardan çox şəxsi münasibətlər rol oynayır?
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir