Vaqif Əsədovun qızı niyə vəzifəsindən ayrıldı? – FHN-də dəyişikliklər baş verir
Fövqəladə Hallar Nazirliyində (FHN) mühüm bir dəyişiklik baş verib. Nazirliyin Aparatında şöbə rəislərindən biri olan Çillər Əsədli öz ərizəsi ilə vəzifəsindən ayrılıb.
Minval.info xəbər verir ki, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi Çillər Əsədlinin istefası fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə təsdiqlənib.
Çillər Əsədli, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi, təqaüddə olan polis polkovniki Vaqif Əsədovun qızıdır. O, uzun müddət ərzində tibb və təhsil müəssisələrində “İntihar və intihara cəhd hadisələrin qarşısının alınması”, “Psixoloji reabilitasiya və özünü idarəetmə qaydaları” mövzularında seminarlar təşkil edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi
Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq
Bakıda metro və avtobuslarda yeni tarif tətbiqi gözlənilir
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı