Vaqif Əsədov yol polislərinin mobil telefondan istifadəsindən danışdı: "Qeyri-qanuni deyil"
Yol polisi əməkdaşlarının xidmət zamanı mobil telefondan istifadə etməsi qanunazidd deyil.
Bunu Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədov bildirib ki, xidmətdə olan zaman Dövlət Yol Polisi əməkdaşları mobil telefondan lazım olan informasiyaların ötürülməsi üçün istifadə edirlər.
Bölmə rəisinin sözlərinə görə, inspektorlar bəzən bir-birilərinə informasiyanı mobil telefon vasitəsilə çatdırırlar və bu da qeyri-qanuni hal deyil: “Bəzən vətəndaş elə hesab edir ki, yol polisi əməkdaşı xidmətdə olan zaman mobil telefondan istifadə edə bilməz. Ancaq elə hallar olur ki, danışıq vaxt aparır və ona görə də radiocihazın xəttini məşğul etməmək üçün inspektorlar mobil telefondan istifadə edirlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi
Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq
Bakıda metro və avtobuslarda yeni tarif tətbiqi gözlənilir
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı